Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda növbəti səyyar qəbul-görüş Aşağı Güzdək qəsəbəsində keçirildi

08 dekabr 2017 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovanın rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova qəsəbə sakinləri ilə bundan önçəki görüşün 2017-ci il iyunun 9-da keçirildiyini və bu zaman sakinlər tərəfindən qaldırılan problemlərin böyük əksəriyyətinin həll olunduğunu vurğulayaraq bildirib ki, səyyar qəbullar bundan sonra da davam etdiriləcək. Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin fəaliyyətində yol verdiyi qüsurlara görə vəzifəsindən uzaqlaşdırıldığını qeyd edən başçı ötən müddət ərzində Aşağı Güzdək ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, qəsəbənin su və işıq probleminin aradan qaldırıldığını söyləyib.

Daha sonra qəsəbə bələdiyyəsinin sədri Mahuzər Şirəliyevanın hesabat xarakterli məruzəsi dinlənilib.

Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib.

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Səyyar qəbul-görüşü yekunlaşdıran İradə Gülməmmədova ölkə başçısının Abşerona və Abşeronlulara olan diqqət və qayğısından danışıb, rayonda görülməsi planlaşdırılan işlərdən bəhs edib.

 

Keçidlər