Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 29 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

08 dekabr 2017 | 16:00

Abşeron rayonunda  ənənəyə uyğun olaraq növbəti körpələr evi-uşaq bağçasının açılışı olub

Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova və rayon ictimaiyyətinin nümayəndələri Aşağı Güzdək qəsəbəsində inşa olumuş  29 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak etdilər.

Açılış mərasimində çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova tədbir iştirakçılarını tarixi gün münasibəti ilə təbrik edib.

Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixinin dönüm nöqtəsi olduğunu deyən İradə Gülməmmədova Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Abşeron rayonuna olan diqqət və qayğısından danışıb. Rayon rəhbəri bildiribki, Aşağı Güzdək qəsəbəsində gələcəyimiz olan körpə fidanların təlim tərbiyə almaları,yüksək elmi biliyə yiyələnmələri üçün belə bir müasir körpələr evi uşaq bağçasına ehtiyac var idi. Dövlət proqramı əsasında tikilərək qəsəbə sakinlərinin istifadəsinə verilən bağça həmdə rayonda həyata keçirilən abadlıq qruculuq işlərinin, günü gündən gözəlləşən Abşeronda inkişafın aydın təzahürüdür.

Daha sonra çıxış edən qəsəbə sakinləri, yaradılan şəraitə görə Ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar.

Məlumat verilib ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının inşasına 2016-cı ilin noyabr ayından başlanılıb. İnşaat işləri bu ilin noyabrında başa çatdırılıb. 6 qruplu, 115 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib. Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bu müəssisədəki şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məsələsində mühüm rol oynayacaq.

Qeyd edilib ki, burada yaradılan şərait uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasının həyətində geniş abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.

Azərbaycan dövləti gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin təşkili, onların sosial müdafiəsinin gücləndirilməsi, əsl vətənpərvər və sağlam yetişməsi istiqamətində mühüm layihələr icra edir. Abşerondaki 29 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait bu istiqamətdə görülən işləri əyani surətdə təsdiq edən nümunələrdən biridir.

Keçidlər