Şriftin ölçüsü :

Saytın rəngi :

25 il Dövlət qulluğunda

21 oktyabr 2017 | 16:00

Bu gün , RİH başçısı aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdüri Azər Məmmədovun anadan olmasının 60 illiyi münasibətilə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova onu təbrik edib, uzun ömür və can sağlığı arzuladığını bildirib. Uzun müddət səmərəli fəaliyyətinə görə yubiliyara RİH-in fəxri fərmanını təqdim edib.

Azər Məmmədov

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə ümumi orta təhsilini başa vurduqdan sonra gələcəyini Abşeron rayonu ilə bağlayıb . İlk əmək fəaliyyətinə də 1975-ci ildə Qobu qəsəbəsinin yaxınlığında yeni istifadəyə verilimiş quşçuluq fabrikində başlayıb. Az sonra hərbi xidmətə çağırılıb və xidmətdən tərxis olunduqdan sonra əvvəlki iş yerində çalışıb. Tapşırılan işə məsuliyyətlə yanaşdığı kimi özünə qarşıda tələbkarlığı, fəal həyat mövqeyi istehsalatdan ayrılmadan ali təhsil alması kollektivdə rəğbət qazanması rəhbərliyin diqqətindən yayınmayıb. 1993-cü ildən Azər Məmmədov perspektivli gənc kadr kimi daha məsul işə rayon İcra Hakimiyyətin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin referenti vəzifəsinə təyin olunub. 2015-ci il oktyabr ayından isə həmin şöbənin müdiri vəzifəsinə irəli çəkilib. RİH başçısı aparatında işlədiyi 25 il ərzində A.Məmmədov başçının inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin yaxın məsləhətçisi olmaqla yerli idarəetmə strukturlarının fəaliyyətinin əlaqələndirilməsində səriştəli təşkilatçılığı ilə fərqlənir. A.Məmmdov 2013-cü ildə Respublika Prezidentinin sərəncamı ilə dövlət qulluğundə fərqlənməyə görə medal ilə təltif olundu.

 

 

Keçidlər