Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalan şəhərində abadlıq-quruculuq işləri davam etdirilir

19 oktyabr 2017 | 16:00

Abşeron rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubovun verdiyi məlumata görə, hazırda şəhərin Həsən bəy Zərdabi küçəsində rayon rəhbərinin tapşırığına əsasən daxili imkanlar hesabına yeni kanalizasiya xətti çəkilir.Yeni salınan yağış-kanalizasiya xəttinin uzunluğu 145 metr olan boruların diametri isə 200 mm-dir. Xəttin tikintisi üçün torpaq 3-4 metr dərinlikdə qazılaraq, borular qoyulur, hər 25-30 metrdən bir isə nəzarət quyuları qurulur. Kanalizasiya çəkilişi başa çatdıqdan sonra həmin küçədə asfaltlama işlərinin aparılması nəzərdə tutulub.

R.Yusubov bildirib ki, Abşeron rayon İcra Hakimiyyəti daxili imkanları hesabına Xırdalan şəhərində Heydər Əliyev prospektində səkilərin yenilənməsi işlərini davam etdirir. Aparılan abadlıq işlərinin davamı olaraq, yol və səkilərin kənarlarında ağac və bəzək kolları da əkiləcək. Sakinlərin istəyi nəzərə alınaraq, bəzi yerlərdə yeni piyada yolları salınacaq.

İcra rəsmisinin sözlərinə əsasən, ekoloji mühitin sağlamlaşdırılması və torpaq qatının münbitləşməsi məqsədilə Həsən Əliyev küçəsində 100-ə yaxın ağac əkilib. Yeni əkilən ağacları yerli iqlimə uyğun zeytun ağacları təşkil edir və onlara qulluq göstərilməsi üçün suvarma sistemləri quraşdırılıb.

Keçidlər