Şriftin ölçüsü :

Saytın rəngi :

Masazırda Laçın rayonundan olan məcburi köçkünlər üçün tikilən yeni məktəb binasının açılışı olub

03 oktyabr 2017 | 16:00

ABŞ-ın maliyyə yardımı ilə Abşeron rayonunun Masazır kəndində  Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkün icması üçün tikilən yeni məktəb binasının açılışı olmuşdur.

Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və digər rəsmilər iştirak edirdilər.

Yeni məktəbdə 350 şagirdin təhsil alması nəzərdə tutulub.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bildirib ki, bu layihə ABŞ Müdafiə Departamentinin humanitar yardım proqramı vasitəsilə Azərbaycanda  həyata keçirdiyi 16-cı məktəb layihəsidir. Səfir qeyd edib ki, 17-ci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır. Səfirin sözlərinə  görə, 1992-ci ildən indiyə qədər ABŞ Azərbaycana 1 milyard 300 milyon  ABŞ dolları həcmində yardım göstərib.

 

Keçidlər