Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda ”Milli Musiqi günü“ qeyd edildi.

18 sentyabr 2017 | 16:00

Sentyabr ayının 18-i Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin doğum günüdür.1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə həmin gün Milli Musiqi günü kimi qeyd olunması qərara alınmışdır.

Bu gün Respublikamızın hər yerində olduğu kimi Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsnin Abşeron rayonu üzrə tabe müəssisələrindən olan Xırdalan şəhər 11-illik musiqi məktəbində möhtəşəm tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsnin baş məsləhətçisi İlham Manafov açaraq ölməz bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından geniş söhbət açdı və sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın musiqi əsərlərindən ibarət musiqi nömrələri səsləndirildi.

 

Keçidlər