Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunun təhsil ocaqlarında mülki müdafiə ilə bağlı maarifləndirici seminarlar keçirilir.

11 sentyabr 2017 | 16:00

Sentyabr ayının 11-dən etibarən Abşeron rayon Təhsil şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə orta məktəblərdə maarifləndirici seminarlar keçirilməyə başlanılıb. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən seminarlarda 2-ci, 5-ci və 6-cı siniflərin sinif rəhbərləri iştirak ediblər.

Müəllimlərə “Fövqəladə hallar, onların fazaları, təsnifatı, xüsusiyyətləri və fövqəladə hal baş verdikdə insanların davranış psixologiyası”, “Məktəblilərin mülki müdafiə biliklərinə yiyələnməsinin təşkili və mülki müdafiə işinin təkmilləşdirilməsi”, “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları”, “Məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli” və s. mövzular haqqında geniş məlumat verilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallara ətraflı cavablar verilib.

 

Keçidlər