Qurban bayramı münasibəti ilə Məmmədli kəndində tədbir keçirilib
Abşeron rayonunun bütün kənd və qəsəbələrində olduğu kimi Məmmədli kəndində də Qurban bayramı qeyd olunub. Məmmədli kənd bələdiyyəsinin sədri Xəyaləddin Məmmədov tərəfindən bayram münasibəti ilə əllidən çox xırdabuynuzlu heyvan müəyyən olunmuş yerdə kəsilib və qurban əti 520-dən çox ailəyə paylanılıb.
X. Məmmədov Qurban bayramı münasibətilə aztəminatlı ailələri təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıb.
Bayram payı Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, məcburi köçkünlərə və aztəminatlı ailələrə verilib. Eyni zamanda, yataq xəstəsi olan sakinlərə də baş çəkilib, onların bayramları təbrik edilib və qurban payları verilib.
Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.