Xırdalan şəhərində müharibə əlillərinə, veteranlara və şəhid ailələrinə qurban əti paylanıb
Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları rayon rəhbəri İradə Gülməmmədovanın adından müsəlman aləminin müqəddəs Qurban bayramı münasibət ilə Xırdalanda məskunlaşmış bir qrup aztəminatlı, əlil və şəhid ailəsini, həmçinin “Azərbaycan Vətən Müharibəsi Vetiranları” İctimai Birliyinin , “Azərbaycan Gözdən Əlillər” İctimai Birliyinin, “İsdedadlı Əlillər” İctimai Birliyinin, “Cernobıl Əlillər İttifaqı” İctimai Birliyinin , “Şəhid, Əlil və Vetiranlar ” İctimai Birliklərinin Abşeron rayon şöbəsində qeydiyyatda olan üzvlərini təbrik edib, onlara bayram sovqatı təqdim edib.
O, cümlədən rayon rəhbərinin göstərişi ilə Xırdalan şəhər icra nümayəndəliyi və Xırdalan şəhər bələdiyyəsi tərəfindən qurbanlar kəsilərək Xırdalan şəhərində məskunlaşmış bir qrup məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə paylanılıb.