Şriftin ölçüsü :

Saytın rəngi :

Şahin Mustafayev Abşeron sakinlərini qəbul edib

21 iyul 2017 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. İqtisadiyyat naziri Şahin Mustafayev Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt, Qubadlı və Abşeron sakinlərini qəbul edib.

Görüşdən əvvəl Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın və İqtisadiyyat naziri Şahin Mustafayevin Heydər Əliyev Mərkəzi ilə tanışlıq gəzintisi olub.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda nazir Şahin Mustafayev qəbula gələn vətəndaşların müraciətlərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Keçidlər