Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda məskunlaşan Ağdamlı şəhid ailələri ilə görüş keçirilib.

21 iyul 2017 | 16:00

Ağdam rayonunun 1993-ci il 23 iyul tarixində işğalı ilə əlaqədar olaraq Abşeron rayonunda məskunlaşan Ağdamlı şəhid ailələri ilə görüş keçirilib.

Abşeron rayon İcra Hakimiyyətində baş tutan görüşdə Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin işğal altında olan ərazilərimizin təbliğ edilməsi, gəclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi, onların unudulmamasına çalışmaq, şəhid ailələrinə dövlət qayğısı göstərmək olduğunu bildirib.

Ağdamın Azərbaycanın dilbər güşələrindən biri olduğunu, o torpaqlara geri qayıdacağımız günün uzaqda olmadığını vurğulayan başçı qeyd edib ki, hər bir Azərbaycanlının ürəyində vətən həsrəti, torpaq nisgili var.

Prezident İlham Əliyevin keçirdiyi bütün beynəlxalq görüşlərdə əsas diqqətin Qarabağ probleminə yönəldildiyini, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın daha da inkişaf etdiyini deyən İ.Gülməmmədova ölkəmizin haqq səsinin artıq böyük dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən eşidildiyini və hesablaşıldığını vurğulayıb.

Aprel döyüşləri zamanı Azərbaycan ordusunun öz gücünü və döyüş əzmini göstərdiyini önə çəkən İ.Gülməmmədova bildirib ki, cəbhədə əldə edilən uğurlar xalqımızı böyük qələbələrə daha da ruhlandırıb.

Müharibə şəraitində olmağımıza baxmayaraq Azərbaycanın günü-gündən inkişaf etdiyini, respublikanın hər yerində böyük abadlıq, quruculuq işlərinin aparıldığını vurğulayan başçı ölkədə sabitliyin höküm sürdüyünü, vətəndaşların hüquq və azadlıqlarının qorunduğunu bildirib.

Görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanmasını bütün ölkə vətəndaşları kimi Abşeronlularda da yüksək əhval-ruhiyyə yaratdığını, bunun ata-baba yurdlarımıza “Böyük Qayıdış”ın təməli olacağını, növbəti bərpa işlərinin Ağdamda, Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində qətiyyətli siyasət yürüdür. Bununla yanaşı, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də müvafiq tədbirlər görülür.

Daha sonra Ağdamdan olan şəhid ailələri Əzəl Sadıqova, Zəminə Cəfərova və Ağdam RİH-in Abşeron rayon üzrə səlahiyyətli nümayəndəsi Həsən Əliyev torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

Məlumat üçün bildirək ki, hal-hazırda Abşeron rayonunda 1511 (5706 nəfər) Ağdamlı məcburi köçkün ailəsi məskunlaşıb.

Keçidlər