Abşeron rayon İcra Hakimiyyəti iftar süfrəsi açdı
16 İyul 2017-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dindarlar və rayon ictimaiyyəti üçün iftar süfrəsi təşkil olunub.
On bir ayın sultanı, ruzi-bərəkət, mərhəmət ayı sayılan Ramazan ayı hər bir insanın mənəvi saflaşması üçün sanki bir fürsət yaradır. İnsanpərvərlik, birlik, həmrəylik bayramı olan Ramazan bayramı hər il dövlətimiz tərəfindən də yüksək səviyyədə qeyd edilir. Hər yerdə iftar süfrələri açılır, imkansızlara yardımlar göstərilir.
Bu artıq Abşeronda də bir ənənə şəklini alıb. Hər il olduğu kimi, bu il də rayon icra hakimiyyəti başçısı tərəfindən 350-dən çox imkansız və şəhid ailələrinə, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi və Çernobıl əlillərinə bayram payı verilib, “Günay” şadlıq sarayında 300 nəfərlik iftar süfrəsi açılıb.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri iştirak edib.
İftar mərasimində rayonun axundu tərəfindən Qurani-Kərimdən ayələr və Ramazan duası oxunub. Axund Ramazan ayının dini və sosial mahiyyətindən danışaraq, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd edib.