Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

12 iyun 2017 | 16:00

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixael Kindsqrab Abşerona səfər edib. Səfirlə Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə xanım Gülməmmədova arasında görüş keçirilib. Rayon İcra Hakimiyyətində baş tutan görüşdə İ.Gülməmmədova Abşeron rayonu haqqında M.Kindsqraba məlumat verib. Rayonun Xırdalan çəhəri də daxil olmaqla 15 kənd və qəsəbəsinin olduğunu və burada 500 mindən çox əhalinin yaşadığını qeyd edən başçı Abşeronun əvvəlcə kənd təsərrüfatı rayonu kimi yaradıldığını, hazırda isə həm kənd təsərrüfatı, həm də sənayə rayonu kimi inkişaf etdiyini bildirib. Abşeronun mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı barədə geniş məlumat verən başçı rayon ərazisində fərliyyət göstərən sahibkarlıq subyektləri, istehsal sahələri barəsində danışıb.
İ.Gülməmmədova vurğulayıb ki, son 10 il ərzində Abşeron rayonu özünün intibah dövrünü yaşayıb. Bu illər ərzində Xırdalanın şəhər statusunun almasını, ümumilli liderin adını daşıyan parkda füsünkar görnüşü ilə hər kəsi heyran qoyan Heydər Əliyev Mərkəzinin inşasını, möhtəsəm Şahmat və Musiqi məktəblərin tikilərək istifadəyə verilməsini və bu kimi sosial layihələrin rayon ərazisində həyata keçirilməsini qeyd edən İcra Hakimiyyətinin başçısı bildirib ki, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən lazimi tədbirlər görülür.
Abşerona ilk dəfədir səfər etdiyini, bu gözəl rayonla tanış olduğuna görə çox şad olduğunu vurğulayan səfir M.Kindsqrab Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Abşeronun mövcud iqtisadi potensialına heyran qaldığını vurğulayan səfir alman iş adamlarının cəlbedici sahələr üzrə birgə iş birliyi qurmaq üçün hazır olduqlarını söyləyib. Hazırda Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyət göstərdiyini və bunun da MDB məkanında Moskvadan sonra ikinci ticarət palatası olduğunu deyib. Onun sözlərinə görə, Almaniya üçün Azərbaycanla əməkdaşlıq çox vacibdir.
Görüşün sonunda xatirə şəkli çəkdirilib . Cənab səfirə xatirə hədiyyələri təqdim olunub.
Daha sonra səfir Mixael Kindsqrab Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olub. Qonağa Mərkəz haqqında geniş məlumat verilib. Sonra diplomat rayonun bir sıra görməli yerləri ilə eyni zamanda Capian Fish, Xırdalan Pivə zavodu, Milla və Masazır Duz zavodu ilə tanış olub.

 

 

Keçidlər