Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron Rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki konfransı keçirilib.

26 may 2017 | 16:00

Konfrans iştirakçıları əvvəlcə ulu öndərin adını daşıyan parkda Heydər Əliyevin abidəsini ziyarət etdilər

Rayon ziyalıları, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda Abşeron rayon ağsaqqallar şurasının sədri Nadir Ağayev Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının əhəmiyyətindən danışıb. Qeyd edib ki,cəmiyyətin düzgün istiqamətdə inkişaf etməsində ağsaqqal məsləhətinə hər zaman ehtiyac olduğunu deyib. Ağsaqqallar müdrikliyin, təcrübənin simvoludur.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb. Əlavə edib ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara böyük ehtiyac var.

Sonra Ağsaqqallar Şurasının Şura üzvlüyünə namizədlər elan edilib. Səsvermə nəticəsində Şura üzvlərindən 13 nəfər İdarə Heyətinə üzv seçilib. İdarə Heyətinin üzvü Nadir Ağayev yenidən Rayon Ağsaqqallar Şurasının sədri seçilib. O, bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Şuranın üzvləri və sədrlər müəyyənləşib

Tədbirdə Ağsaqqallar Şurasının yeni seçilən üzvləri ağsaqqallara dövlət səviyyəsində göstərilən hörmət və ehtiramdan danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq Prezident İlham Əliyevin böyüklərə, ağsaqqallara böyük diqqətlə göstərir, onları mənəvi sərvət kimi dəyərləndirir.

Sonda rayon ağsaqqalları adından ölkə prezidentinə müraciət ünvanlanıb.

Keçidlər