Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının X Konfransı keçirildi

24 may 2017 | 16:00

Mayın 24 -də Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının X Konfransı keçirildi.
Konfransdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Xırdalan şəhərindəki Heydər parkında abidəsini ziyarət edərək gül dəstələri qoydular.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı videoçarx nümayiş edildi.

Konfransın rəsmi hissəsində Dövlət Himni səsləndikdən sonra YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev hesabat məruzəsi ilə çıxış etdi.
Rayon təşkilatının sədri bildirdi ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyevin nurlu zəkasından yaranan və cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır.

YAP Abşeron rayon təşkilatının sədri B. Vəliyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatı respublikada ilk yaranmış təşkilatlardandır. 1993-cü ilin fevral ayının 22-də təsis olunan sıralarında 8000 nəfərdən çox partiya üzvü və 122 ərazi ilk partiya təşkilatını birləşdirən Abşeron rayon təşkilatı sıralarını ildən-ilə genişləndirir.

YAP Abşeron rayon təşkilatı 9 cu Konfransdan ötən müddət ərzindən Yeni Azərbaycan Partiyasının Nizamnamə tələbləri çərçivəsində fəaliyyət göstərərək partiyanın İcra Katibliyinin tapşırıq və tövsiyyələrini böyük məsuliyyət hissi ilə yerinə yetirir. Rayon təşkilatının sıralarında 60 faizi qadındır. Çoxlu sayda gənc üzv vardır. Təşkilat daxilində partiya sıralarına qəbul yüksələn xətlə davam etməkdədir.

Ulu Öndərimiz deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bu günkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”. Bu gün Ulu Öndərin gənclər qarşısında qoyduğu vəzifələr rayon təşkilatının hər bir gənc üzvünün şüarına çevrilmişdir.

YAP Abşeron rayon təşkilatının sədrinin hesabatından sonra nəzarət təftiş qrupunun hesabatı dinlənildi.

Daha sonra konfransda YAP İdarə Şurasının üzvü, Milli Məclisin sədir müavini Bahar Muradova YAP Siyasi Şurasının üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdu, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, YAP- rayon Qadınlar təşkilatının sədri Təyyubə Hüseynova, YAP- rayon Gənclər təşkilatının sədri Elgün Hümbətov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf rolu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söhbət açdı.

Qeyd olundu ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürüb. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımız ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.. Çıxış edənlər YAP Abşeron rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş hesab etdiklərinin bildirdilər.

YAP Abşeron rayon təşkilatının X konfransının qətnamə layihəsi oxunaraq təsdiq edildi və təşkilati məsələlər müzakirə olundu. Rayon təşkilatının tərkibi yeni Şurası, İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçildi. Bilman Vəliyev yenidən YAP Abşeron rayon təşkilatının sədri seçildi.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər