Dahi şəxsiyyət, Ümummilli Lİder Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Abşeronda qeyd edilib.
Bu gün dahi şəxsiyyət, Ümummilli Lİder Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Abşeronda qeyd edilib.
Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatlarda çalışanlar, ictimaiyyət nümayəndələri Ümummilli Liderin adını daşıyan parkda Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Həmçinin rayon icra hakimiyyətinin təşəbbüsü ilə mayın 10-da səhər tezdən şəhərdə ağacəkmə aksiyası keçirilib, yol kənarlarında, park və xiyabanlarda ağac, gül kolları əkilib.
Daha sonra Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində respublikanın incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı nümayiş olunub.
Abşeronun inkişafından söz açarkən əvvəlcə şəhərin ötən əsrin 70-80-ci illərində keçdiyi inkişaf dövrü yada düşür. Həmin illərdə ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyevin başlatdığı islahatlar, inkişaf strategiyası nəticəsində Azərbaycanın bütün şəhərləri kimi, Abşeron da dinamik inkişaf yoluna qədəm qoymuşdu. Bu baxımdan hələ sovet illərindən abşeronlular Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər.
Rayonda sənayenin, elmin və təhsilin, sosial həyatın coşqun inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bir çox sənaye müəssisəsi açılıb.
Bu gün Abşeron özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Xırdalan şəhəri 10 illik yubleyini böyük təmtaraqla keçirdi. Abşeron günü- gündən inkişaf edir, abad və gözəl məkana çevrilir.