Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması işlərinə başlanması nəzərdə tutulub

21 aprel 2017 | 16:00

2017-ci ilin 3 ayı ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 980 p/m uzunluqda yeni içməli su xətləri çəkilmiş, 1486 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilmiş, 15 ədəd müxtəlif markalı nasos təmir edilmiş, eləcə də 1774 p/m uzunluqda kanalizasiya xətləri yenilənmişdir. Daxili imkanlar hesabına Xırdalan şəhərində 28-ci məhəllənin 14 saylı binasının zirzəmisinin çirkab sulardan təmizlənməsi məqsədilə 120 paqometr boru yenisi ilə əvəz edilmiş, 4 dəst baxış quyusu qoyulmuşdur. Xırdalan şəhərinin Xudu Məmmədov küçəsində fərdi yaşayış evlərini su basması ilə əlaqədar 450 paqometr uzunluğunda, Masazır kəndinin Cəfər Cabbarlı küçəsində 430 paqometr, Mehdiabad qəsəbəsinin Maqsud Abdullayev küçəsində isə 100 paqometr uzunluğunda plastik boru ilə kanalizasiya xətti çəkilmişdir. 

     Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novxanı kəndinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. İlkin mərhələdə 13.2 km uzunluğunda içməli su xəttinin və 6.6 km uzunluğunda magistral kanalizasiya xəttinin çəkişi nəzərdə tutulmuşdur ki, bu işlərin iyun ayının əvvəllərinə təhvil verilməsi planlaşdırılır. 

     Bu il də içməli su təchizatı və kanalizasiya sistemi layihələrinin tikintisini davam edəcək: “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərsu” ASC-nin qarşısında bir sıra vəzifələr qoyub, layihələrin davam etdirilməsini tapşırıb. 2017-ci ildə Xırdalan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması işlərinə başlanması nəzərdə tutulub. Qeyd edim ki, Xırdalan şəhərində yenidənqurma işlərinin hökumət payı ilə birlikdə Səudiyyə İnkişaf Fondunun kreditləri hesabına keçirilməsi planlanıb”.

 

Keçidlər