Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd olunub

04 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü Abşeron rayonunda da qeyd olunub.

    Dövlət Təhlükəsizlik Xidməti Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədov xüsusi xidmət orqanlarının yaradılmasının tarixi ilə bağlı məruzə edib. Ölkəmizin hərtərəfli inkişafı üçün ictimai-siyasi sabitliyin əsas amillərdən biri olduğunu deyən R.Məmmədov dövlət təhlükəsizliyi orqanlarının bu sahədə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini vurğulayıb.

   Hüquqi və demokratik dövlət quruculuğu prosesində Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi rolundan danışan rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova əməkdaşları peşə bayramları münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Olduqca həssas geopolitik regionda yerləşən ölkəmizin milli maraqlarının təmin edilməsində xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzər salan icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin bu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi və müasirləşdirilməsi, əməkdaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi sərəncamların nəticələrini diqqətə çatdırıb.

    Şərəfli və məsuliyyətli işlərində DTX əməkdaşlarına müvəffəqiyyətlər arzulayan digər natiqlər də onlara bayram təbriklərini çatdırıblar.

    Sonra bir qrup əməkdaşa rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri verilib.

 

Keçidlər