Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda xalqımızın ən qədim bayramlarından olan Novruz bayramı qeyd edildi

17 mart 2017 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən və ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda düzənlənən bayram şənliyində rayonun təhsil, mədəniyyət, səhiyyə və digər xidmət sahəsində çalışan 2700 nəfərdən çox milli geyimli xanım və kişilər,  Novruz bayramına  qatılıb. Şənlikdə hər bir müəssisə özünün yaratdığı stendlə çıxış edib. Şənliyə Novruz atributları, qədimi xalçalar, əl işləri, Azərbaycan xalqının qədimliyini əks etdirən eksponantlar təqdim edilib, bayram şirniyyatları iştirakçılara paylanılıb.

Bayram şənliyinin məşəlini qalamaq üçün “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğundan atəş gətirilib, Dədə Qorqud və Bahar qızının müşayəti ilə tonqal qalanıb. Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və rayonun hüququ-mühafizə, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri ilə birgə park ərazisində bayram gəzintisi həyata keçirilib, şənliyə qatılan iştirakçıların hazırladıqları bayram nömrələrinə tamaşa edilib. Azərbaycan pəhləvanları, idmanşıları öz məharətini göstəriblər.

Gəzintidən sonra Azərbaycanın tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilib.

Keçidlər