Şriftin ölçüsü :

Saytın rəngi :

RİH Başçısının Digah qəsəbə sakinləri ilə növbəti dəfə səyyar qəbulu keçirilib

03 mart 2017 | 16:00

      Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı  xanım İradə Gülməmmədovanın rayonun Digah qəsəbə sakinləri ilə səyyar qəbul və görüşü keçirilibdir . Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edirdilər. Digah sakinləri ilə artıq üçüncü dəfə görüşdüyünü, belə görüşlərin mütəmadi hal aldığını vurğulayan RİH Başçısı,  Abşeron rayonunda həyata keçirilən quruculuq abadlıq işlərindən danışıb. Rayonda kəndlərarası və qəsəbədaxili yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini vurğulayan RİH Başçısı,  bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını söyləyədi.

Sonra Digah qəsəbə bələdiyyəsinin sədri Vüqar Ələkbərov son bir il ərzində görülən işlər barəsində hesabat xarakterli çıxış edib. Qəsəbənin bəzi daxili yollarına çınqıl döşəndiyini, yağışların normadan artıq düşməsi nəticəsində su basmış ərazilərin təmizləndiyini vurğulayan Bələdiyyə sədri,  qəsəbədə məişət tullantılarının daşınmasında da heç bir problemin olmağdığını bildirdi.

Sonra kənd sakinləri Abbas Alahverdiyev, Tərlan Abdullayev, Firuddin Əhmədov, Ramiz Qaraşov, Şahlar Həşimov, Şahin Salamov, Şahbaz Həşimov, Aygün Səmədova və digərləri çıxış edərək edərək RİH Başçısının qəsəbədə sakinlərlə tez-tez səyyar qəbul keçirməsini yüksək qiymətləndirərək bu görüşlərin müsbət nəticələr verdiyini, qaldırılan məsələlərin həll olunduğunu vurğulayıblar.

Çıxış edənlər Diğah kəndinə verilən elektrik enerjisinin gücünün artırılmasını, qəsəbənin bir neçə hissəsinə zibil qutularının qoyulmasını, ictimayi nəqliyatın artırılmasını, və bir neçə küçənin təmirə ehtiyac olduğunu söylədilər. Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə tez müddətdə həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İradə Gülməmmədova bildirib ki, ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan dünya liderinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin əyani təzahürüdür.
Ölkədəki sabitliyin surətli inkişaf üçün başlıca şərt olduğunu vurğulayan İ.Gülməmmədova qeyd etdi ki, Abşeron rayonunda da həm kənd təsərrüfatı, həm də istehsalat sahələri genişlənir.
     

   Sonda  RİH Başçısı,  qarşıdan gələn 8 Mart “Beynəlxalq Qadınlar günü” münasibətilə görüşdə iştirak edən qadınları təbrik edərək, kənd sakinlərinə qarşıdan gələn Novruz bayramını sağlam, xöşbəxt, sülh şəraitində, əmin amanlıq içində qarşılamalarını arzuladı.

 

Keçidlər