Xocalı faciəsinin 25-ci ildönümü Abşeron rayonunda qeyd olundu
Rayon İcra Hakimiyyəti tapşırığı ilə rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri , mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər keçirilmişdir. 24 Fevral rayonun orta və ali məktəblərində ilk dərs Xocalı faciəsinə həsr olunmuşdur.
Bu gün rayon Mədəniyyət mərkəzində, Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı xanım İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edirdilər. İlk öncə Mədəniyyət mərkəzində Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi ilə tanışlıq olub .Daha sonra, bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan "Xocalı Soyqırım"ı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin qatıldığı tədbirdə, Xalq teatırının hazırladığı “Xocalı adlı yurdum vardı” adlı tamaşa təqdim olundu. Səhnə əsəri, Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın, qocaların başına gətirilən müsibətləri, əhalinin faciəvi taleyi, ermənilərin vəşilyi, şəhərin yer üzündən silinməsi, bu soyqrıma dünyanın göz yuması, nəhayət Xocalının azad olunması günün yaxınlaşmasından bəhs edilirdi. Abşeron rayon ictimaiyyətinin nümayəndələrinin, rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin izlədiyi tamaşa maraqla qarşılandı.
Xatırladaq ki, “Xocalı adlı yurdum var” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa, Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüskarlığı ilə baş tutmuşdur.