Şriftin ölçüsü :

Saytın rəngi :

Məleykə Abbaszadə Abşeron rayonunda vətəndaşları qəbul edib

09 dekabr 2016 | 16:00

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün  şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi İcra Hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Abşeron rayonunda vətəndaşları qəbul edib. Qəbulda Abşeron, Sumqayıt, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan məcburi köçkünlər iştirak ediblər.
Qəbuldan əvvəl Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq gəzintisi olub.

Qəbulda vətəndaşlar əsasən yeni təhsil proqramları üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin yeni qaydaları, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. Komissiyanın səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Keçidlər