Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda yeni inşa edilən uşaq bağçasının açılışı olub

02 dekabr 2016 | 16:00

Xırdalan şəhərində yeni inşa edilən 26 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub. Açılışda Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimayyət və KİV nümayəndələri iştirak ediblər.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar.
Məlumat verilib ki, iki mərtəbəli körpələr evi-uşaq bağçası 115 yerlikdir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə müşahidə kamerası da qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Bir sözlə, körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.
Bağça ilə tanışlıqdan sonra fidanlar rəngarəng rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların rəqsləri tədbiri daha da yaddaqalan edib.

Keçidlər