Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova Türkiyənin ölkəmizdəki səfirinin xanımı Mertem Özoralla görüşüb

16 noyabr 2016 | 16:00

         Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin xanımı  Mertem Özoralın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə İ.Gülməmmədova iki ölkə arasında olan dost və qardaş münasibətlərdən söz açaraq bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səfirliklərin müstəsna xidmətlərini qeyd edib.

         Ümummilli lider Heydər Əliyevin “bir bir millət, iki dövlət” fikrini xatırladan İcra Başçısı,  Azəbaycanla Türkiyəni bir-birinə bağlayan tarixi bağların olduğunu vurğulayıb. Bu iki ölkə arasında mövcud olan münasibətlərin bütün dünyaya nümunə olduğunu qeyd edən İ.Gülməmmədova səfirin xanımının Abşeronda görməkdən məmnunluq ifadə edib.
    Öz növbəsində xanım M.Özoral səmimi qəbula görə təşəkkür edərək, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini, onu sevdiyini dilə gətirib. Bir səfir xanımı kimi Azərbaycanda sosial layihələr həyata keçirdiyini vurğulayan xanım  M.Özoral Abşeronda da müxtəlif peşə ixtisasları üzrə sosial kurslar keçirmək istədiklərini bildirib. O, layihə barəsində məlumat verərək qeyd edib ki, kurs zamanı istifadə olunan avadanlıqlar sonda məzunlara təqdim ediləcək. Bu da onlara iş qurmaqda müstəsna kömək edəcək.
İ.Gülməmmədova da sosial yönümlü kursların keçirilməsinin çox gözəl təşəbbüs olduğunu vurğulayaraq rayon İcra Hakimiyyəti tərəfindən lazım olan bütün dəstəyin göstəriləcəyini bildirib.

Sonda qonaqlarla xatirə şəkili çəkilib və M.Özorala kələyağı və Abşeron naxışlarını özündə əks etdirən simvolik xalça hədiyyə edilib.

 

 

 

Keçidlər