Şriftin ölçüsü :

Saytın rəngi :

Qanlı Yanvar hadisələrinin 23-cü ildönümü anılıdı.

20 yanvar 2013 | 16:00

      20 yanvar faciəsinin 23-cü ildönümü Abşeron rayonunda  yad edilib. Anım mərasiminə toplaşanlar ilk əvvəl müstəqilliyimizin əldə olunmasında müstəsna xidmətləri olan şəhidlərimizin ruhuna dualar oxuyub, daha  sonra rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən  tədbirdə  20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-komplekslərin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Rayon İcra  Hakimiyyətinin başcısı cənab  Zakir Fərəcov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qaniçən sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət, eyni zamanda, bəşər tarixinin ən qanlı terror aktlarından biri olduğunu diqqətə çatdırıb.
      Tədbirdə eyni zamanda qeyd olunub ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.

Keçidlər