Şriftin ölçüsü :

Saytın rəngi :

RIH Başçısı ASAN könüllüləri ilə görüşüb

24 oktyabr 2016 | 16:00

         Abşeron Rayon İcra Hakimiyyəti ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yeni əməkdaşlığa start verib. Bu əməkdaşlıq çərçivəsində “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətini başa vuran könüllülər ikinci pillə olaraq inzibati menecment istiqaməti üzrə İcra Aparatının müvafiq şöbələrində təcrübəyə cəlb olunacaqlar.
Bu gün  Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova sözügedən könüllülərlə görüşüb. Görüşdə  İ.Gülməmmədova,  dövlətin həyata keçirdiyi gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə gösdərdiyi diqqət və qayğıdan danışıb. Ümummilli lider Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” fikrini xatırladan başçı hökümətin gənclərin inkişafı, özlərini təsdiq etməsi və dövlət strukturlarında çalışması üçün hər bir şəraiti yaratdığını qeyd edib.
Könüllülərin İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazanacaqlarına əminliyini ifadə edən başçı bu təcrübələrin onların əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandığını qeyd edib.
Abşeron rayonunda aparılan quruculuq-abadlıq işlərindən danışan başçı son 10 ildə rayon ərazisində 50-dən çox məktəb və bağçanın tikilərək istifadəyə verildiyini vurğulayıb. Yaxın günlərdə daha 6 yeni bağçanın fəaliyyətə başlayacağını qeyd edən İ.Gülməmmədova rayonda yeni iş yerlərinin yaradıldığını və bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev də könüllülər üçün çox böyük şəraitin və imkanların yaradıldığnı qeyd edərək bütün bunların gənclər üçün stimul olduğunu, özlərinə iş yeri seçməkdə köməklik edəcəyini qeyd edib.
Məlumat üçün bildirək ki, rayon İcra Hakimiyyətinin görüşdə olan könüllülər “Master 2” pilləsi çərçivəsində fəaliyyətə başlayıblar. Yeni fəaliyyətə başlayan könüllü qrupu ASAN könüllülərinin Abşeron Rayon İcra Hakimiyyətində ilk qrupudur. İxtisas istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülən könüllülər iki ay müddətində iş təcrübəsi əldə edəcəklər.

 

Keçidlər