Abşeronun Məhəmmədi kəndində şəhid ailəsinin mənzili əsaslı şəkildə təmir edilib
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş abşeronlu şehid Zöhrab Mustafazadənin rayonun Məhəmmədi kəndindəki evi əsaslı şəkildə temir olunaraq ailəsinə təhvil verilib. Rayon rəhbərinin tapşırığına əsasən daxili imkanlar hesabına mənzil invertarlarla təmin olunub və yasayış üçün hər cür şərait yaradılıb.
Bu gün şəhid Z.Mustafazadənin il mərasimi keçirilib. Bununla əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və rayonun bütün idarə, müəssisə rəhbərləri şəhidin evinə gələrək onun ailə üzvləri ilə gorüşüblər. Mənzildə aparılan təmir işləri ilə tanış olan başçı şəhidin ailəsinin yaşayış səviyyəsi ilə maraqlanıb.
Kənd bələdiyyəsinin sədri Xəyaləddin Məmmədov rayon icra hakimiyyətinin başçısına məlumat verib ki, Mehəmmədi kəndində yaşayan şəhid ailəsi üçün üç otaqlı mənzilin esasli təmirinə keçən aydan başlanılıb. Ev tamamilə yenidən qurulub. Döşəmə ve tavan təzələnib. Evin divar örtüyü yenilənib. Mənzil hər cür invertarlarla təmin edilib. İstilik sistemi və digər kommunikasiya xəttləri yenidən qurulub.
Rayon rəhbəri Azərbaycnada, o cümlədən Abşeronda şəhid ailələrinə hər cür diqqət və qayğının göstərildiyini bildirib. İ.Gülməmmədova torpaq uğrunda şəhid olmağın ən ali, uca zirvə olduğunu vurğulayaraq ailəyə göstərilən diqqətin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Azərbaycan əsgərinin qüdrətinin, gücünün cəbhədə gedən son döyüşlər zamanı qazanılan uğurlardan bir daha bəlli olduğunu deyən başçı bildirib ki, torpaqlarmızın azadlığı uğrunda silahlı qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə hər bir abşeronlu silaha sarılmağa hazırdır.
Şəhidin anası Könül Mustafayeva göstərilən diqqət və qayğıya görə Ryon İcra Hakimiyyətinin başçısına öz minnətdarlığını bildirib. Mənzilinin yüksək səviyyədə təmir olunduğunu, ən müasir mebellə təmin edildiyini deyən şəhid anası oğlunun vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda şəhid olmasından qürur duyduğunu söyləyib.
Bundan sonra şəhid Z.Mustafazadənin il mərasimi ilə əlaqədar ehsan verilib, ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!