Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron polisi peşə bayramını qeyd edib

02 iyul 2016 | 16:00

1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid verib, 681 əməkdaş isə əlil olub.

Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da polis işçilərinin peşə bayramı böyük təntənə ilə qeyd olunub. Rayon Polis İdarəsinin şəxsi heyəti Heydər Əliyev Xatirə parkına gələrək ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirin rəsmi hissəsi Abşeron Rayon Polis İdarəsinin inzibati binasında davam edib.Dövlət himni səsləndirildikdən sonra, vətən keşiyində canlarından kecmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə bayram münasibətilə ünvanladığı təbrik məktubu oxunub.

Yığıncaqda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Abşeron rayon icra hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova və digər rəsmi şəxslər, veteran polislər iştirak ediblər.

   Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova 02 iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə bütün polis işçilərini təbrik edərək qeyd etdi ki,  Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçib. Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.

Toplantıda çıxış edən Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli Azərbaycan polisinin peşə bayramının 98-ci il dönümü münasibətilə şəxsi heyəti təbrik etdi. Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər salınıb. Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyi, hazırda da polis əməkdaşlarının əməyinin ölkə rəhbərliyi tərfindən layiqincə qiymətləndirildiyi yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Abşeron rayon prokuroru Rahib Seyidov, Məhkəmənin sədri Əşir Səmədov, DTX Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədov və bir neçə polis veteranı çıxış edərək təbriklərini və ürək sözlərini söyləyiblər.

Sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova tərəfindən işində fərqlənən bir qrup polis əməkdaşına Fəxri fərmanlar, pul mükafatı ,qiymətli hədiyyələr və 10 polis əməkdaşına isə tikinti üçün torpaq sahəsi verilib .

Sonda daxili işlər naziri R.Usubovun əmrinə və Abşeron Polis İdarəsinin rəisi Ş.Şəmşirlinin imzaladığı daxili əmrə əsasən bir qrup polis əməkdaşı döş nişanı ilə təltif olunublar.

 

Keçidlər