Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda I Beynəlxalq Dolma Festivalı keçirildi

01 iyul 2016 | 16:00

Heydər Əliyev Fondunun, Abşeron rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda I Beynəlxalq Dolma Festivalı keçirilib.

Xırdalan şəhərində reallaşan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət və Turizm nazirinin I müavini Vaqif Əliyev, Milli Kulinariya Mərkəzinin drektoru Tahir Əmiraslanov, Azərbaycanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlər və onların ailə üzvləri, dövlət rəsmiləri, ictimai xadimlər və KİV nümayəndələri iştirak ediblər.

Festival iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki Heydər Əliyev Parkına yürüş edib və burada ümummilli liderin xatirəsinə ucaldılmış abidəsi önünə tər çiçəklər düzərək ulu öndərin əziz xatirəsini etiramla anıblar. Sonra “Neapol” restoranında festivalın açılışını bildirən rəmzi lent kəsilərək həm nümayiş etdirilən dolmalara baxış keçirilib, həm də müsabiqəyə start verilib.

Festival çərçivəsində keçirilən tədbirdə çıxış edən Abşeron rayon İcra Hamiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, hər bir xalqın tarixi keçmişi, adət-ənənələri, yaşadığı coğrafi ərazi onun milli mətbəxinin formalaşmasına təsir edən başlıca amillərdəndir. Bu baxımdan min illərdən bəri formalaşaraq inkişaf edən Azərbaycan mətbəxinin özünün əsrarəngsiz görünüşü, dadı və tərkib ahəngdarlığı ilə seçilən xörəklərə malik olduğunu vurğulayan başçı nəsillərdən nəsillərə ötürülən yeməklərimizin özünəməxsusluğu ilə bütün dünyada məşhur olduğunu qeyd edib.

I Beynəlxalq Dolma Festivalının da Abşeronda keçirilməsinin təsadüf olmadığını vurğulayan başçı Abşeron bağlarının öz üzümü ilə tanındığını xatırladıb.

Bədnam qonşularımız tərəfindən Azərbaycan mədəniyyəti daşıyıcılarına, o cümlədən xörəklərimizə qarşı təcavüzlərə cəhdlərin edilməsinə, bəzi yeməklərizin onlara məxsus olması ilə bağlı iddialar irəlü sürməsinə təəssüflənən İ.Gülməmmədovanıb sözlərinə görə, bu cür təcəvüzlər o qədər bəsit şəkildə aparılır ki, hətta xörəklərimizin adlarını belə, dəyişmək istiqamətində düşünmürlər. Azərbaycan xörək adlarınının dəyişməyin mümkün olmadığını, sonradan yaradılan qondarma adların isə xörəklərimizə yapışmadığını vurğulayan başçı əlava edib ki, çünki bu adlar xüsusi mənalar kəsb edərək bir xalqın mədəniyyət tarixi böyünca əmələ gələn isimlərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də bu məsələyə diqqət yetirdiyini vurğulayan İ.Gülməmmədova cənab Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında səsləndirdiyi fikirlərdən sitat gətirib.“Dövlət başçısı bildirmişdir ki, “bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları da Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan, dolma ermənicə nə deməkdir, onu deyə bilməz. Necə ki, Qarabağ deyəndə, onlar üçün bu, sadəcə bir sözdür, onu anlamırlar. Çünki bu, erməni sözü deyildir. Ona görə də belə hərəkətlər, əlbəttə ki, bizi çox üzür. Biz öz milli, mədəni irsimizi qorumalıyıq. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır”.

Bu gün Azərbaycan mədəniyyətinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da misilsiz xidmətlərinin olduğunu önə çəkən İ.Gülməmmədova qeyd edib ki, məhz birinci ledinin sayəsində mədəniyyətimiz beynəlxalq aləmdə təbliğ olunur, tanınır və qəbul edilir. “Mən inanıram ki, I Beynəlxalq Dolma Festivalı da mədəniyyətimizin dünyaya inteqrasiya edilməsində əhəmiyyətli rol oynayacaq və dolmanın əslində kimə məxsus olmasını bir daha sübut edəcəkdir”.

Sonra Mədəniyyət və Turizm nazirinin I müavini Vaqif Əliyev, Milli Kulinariya Mərkəzinin drektoru Tahir Əmiraslanov çıxış edərək festivalın əhəmiyyətindən danışaraq onun Azərbaycan mətbəxinin təbliğatında oynadığı rolundan söz açıblar.

Qeyd edək ki, Müsabiqəyə respublikanın 24 rayonundan (Abşeron, Zəngilan, Xızı, Xaçmaz, Xocəvənd, Qubadlı, Nizami, Qəbələ, Nərimanov, Sumqayıt şəhəri, Binəqədi, Şuşa, Kəlbəcər, İsmayıllı, Qusar, Şirvan, Quba, Şamaxı, Xəzər,Salyan, Xətai, Masallı, Şabran, Laçın) 400-ə yaxın iştirakçı qatılıb. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən İndoneziya, Türkiyə və Ukrayna səfirliklərinin aşbazları tərəfindən hazırlanan dolma çeşidləri münsiflər heyətinə təqdim olunub. Bununla yanaşı, 3 restoran (“Xanədan”, “Sərin”, “Buta Palace”) aşbazları tərəfindən bişirilən dolmalar da festivala rəng qatıb.
Məlumat üçün bildirək ki, münsiflər heyətinə 300 çeşiddə dolma təqdim olunub. Ən çox dolma çeşidinə görə Azərbaycan Ginnesin Rekordlar kitabına düşüb.

Qeydedəkki, I Beynəlxalq Dolma Festivalında 6 nominasiyaüzrəyarışkeçirilib.

I Beynəlxalq Dolma festivalının qalibləri:

Ölkələr arasında:
I yer İndoneziya
II yer Ukrayna

Azərbaycanın rayon vəşəhərləriarasında:
I yer Abşeron
II yer Sumqayıt
II yer Kəlbəcər
II yer Şamaxı
III yer Quba
III yer Xızı
III yer Zəngilan
III yer Xocavənd

Ən maraqlı tarixi qeyri-adi dolma:
I yer Xanədan restoran ( dolma-kabab)
II yer Abşeron (zeytun dolması)
II yer Xaçmaz (lobya dolması)
III yer Qəbələ (şingilim dolma)
III yer Şabran (yarma dolması)
III yer Nizami (turş kələmdolması)
III yer Masallı (balqabaq dolması)

Ən yaxşı dolmalar:
I yer Şuşa (heyva dolması)
II yer Binəqədi (tərs dolma)
II yer Salyan (boranı dolması)
III yer İsmayıllı (gicitkən dolması)
III yer Nərimanov (quyruq dolması)
III yer Qubadlı ( yarpaq dolması)
III yer Xətai (qoz dolması)

Restoranlar:
1.Buta palace
2.Xanədan restoran

Ən çox dolma gətirən rayonlar:
1.Kəlbəcər
2.Sumqayıt

Sonda qalib gələn komandalara diplom, medal və qiymətli hədiyyələr verilib.
Bununla yanaşı, Abşeron rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosasiyasının kubokları da iştirakçılara təqdim edilib.

 

 

Keçidlər