Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Dövlət Qulluqçularının peşə bayramı qeyd edilib

23 iyun 2016 | 16:00

    23 İyun Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə Abşeron rayon İcra Hakimiyyətində tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı dövlət qulluqçularını təbrik edərək, onlara faəliyyətlərində uğurlar arzulayıb. Abşeronda görülən işlərdən, əldə edilən uğurlardan danışan başçı rayon əhalisinin sayının günü-gündən artdığını, bunun təbii nəticəsi olaraq müəyyən sosial problemlərin yarandığını bildirib. Əhalinin üzləşə biləcəyi problemlərin vaxtında araşdırılıb tapılmasının və onların vaxt itirilmədən həll olunmasının vacibliyini qeyd edən xanım  İ.Gülməmmədova əlavə edib ki, bütün bu proseslər daha böyük səylə çalışmağımızı labüd edir. Dövlət qulluqcularının üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayan başçı onların əhali ilə ünsiyyətinə, geyim tərzinə diqqət yetirməsinin vacibliyini qeyd edərək, etik normalara riayət etməli olduqlarını söyləyib. Azərbaycanın müharibə şəraitində olduğunu, lakin buna baxmayaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində əmin-amanlıq içərisində yaşadığımızı vurğulayan başçı qeyd edib ki, hər bir dövlət qulluqçusunun fəaliyyəti ilə Abşeron nümunəvi rayonlardan birinə çevrilməlidir.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşı Qubatov Rəşad Qubat oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Öz növbəsində Rəşad Qubatov fəaliyyətinə verilən qiymətə görə ölkə başçısına və Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Bundan sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova rayonun ictimai həyatında və dövlət qulluğunda  səmərəli fəaliyyətlərinə görə, Əsədov Əbülfət Əhməd oğluna, Orucov Fəxrəddin Zülfəli oğluna, Rəhimov Fəxri Rəşid oğluna, Paşayev Qılıncxan Əli oğluna və Miradıyev Mirəziz Mirnemət oğluna Fəxri Fərman təqdim edib.

Keçidlər