Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

17 iyun 2016 | 16:00

   Bu gün Xırdalan şəhərində səhiyyə işçilərinin peşə bayramı qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində baş tutan bayram tədbirdə rayon İcra Hakimiyyətinin başçısı  xanım İradə Gülməmmədova, Mərkəzi Xəstəxananın baş həkimi Mehriban Qaralova, Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Məhərrəm Abdulov və rayonun tibb ocaqlarının həkim kollektivləri iştirak ediblər.

Tədbirdən öncə xanım İradə Gülməmmədova və qonaqlar Xırdalan şəhərində yerləşən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra səhiyyə işçiləri Heydər Əliyev Mərkəzini ziyarət edərək ümummili liderin həyat və fəaliyyənini əks etdirən stend və fotoşəkillərlə tanış olublar.

    Abşeron rayonunda, eləcə də respublika ərazisində fəaliyyət göstərən səhiyyə işçilərini peşə bayramları münasibəti ilə  təbrik edən İradə Gülməmmədova gələcəkdə bu cür bayramların Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda da qeyd edilməsini arzu edib. Rayonun səhiyyə sahəsində əldə olunan inkişaf və uğurlardan danışan başçı 20 il əvvəlki mənzərə ilə bugünki səviyyəni müqayisə edib . O vaxtlar rayon ərazisində fəaliyyət göstərən tibb məntəqələrinin yararsız olduğunu qeyd edən xanım İ.Gülməmmədova əlavə edib ki, son 10 ildə Abşeronda yeni-yeni poliklinikalar, ambulatoriyalar tikilib, köhnə tibb məntəqələri isə əsaslı şəkildə təmir olunaraq əhalinin istifadəsinə verilib. O, bildirib ki, hazırda Abşeron rayonunda 500 minə yaxın sakin yaşayır və onlara 1000-ə yaxın həkim xidmət göstərir. RİH Başçısı,  rayon İcra aparatına əhalidən səhiyyə sahəsi ilə bağlı şikayətin daxil olmadığını, hətta Bakı şəhər sakinlərinin Abşeron həkimlərinə müraciət etdiyini vurğulayan İ.Gülməmmədova yerli həkimlərin yüksək savada malik olduğunu vurğulayıb.

   Sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin drektoru Məhərrəm Abdulov, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Raya Bayramova, Rayon Səhiyyə İşçiləri Həmkarlar Komitəsinin sədri Aidə Abdullayeva və Rayon Poliklinikasının baş həkimi Nəriman Baxşəliyev çıxış edərək Abşeron səhiyyəsinin tarixindən və bukünki naliyyətlərdən danışıblar.
Bildirilib ki, əhalinin 97,6 faizi profilaktik müayinədən keçirilib. Ev doğuşlarının sayı sıfıra endirilib. 4000-ə yaxın şəkərli diabet xəstəsi qeydiyyata alınıb, onlar tam şəkildə zəruri xidmətlə təmin olunur. Doğuş zamanı ana və uşaq ölümü halları 10 dəfəyə qədər azaldılıb.
Bundan sonra 10 nəfər səhiyyə işçisi Abşeron rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif edilib.

Tədbir mədəniyyət işçilərinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.

 

 

Keçidlər