Abşeronda Milli Qurtuluş Günü qeyd olunub
15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Xırdalan şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında böyük bayram tədbiri keçirilib
Tədbirdən öncə Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Rayon sakinlərinin böyük marağına səbəb olan bayram tədbirində ötən əsrin 90-cı illərində ölkəmizin ictimai-siyasi həyatı bir daha yada salınıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas etməsi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində göstərdiyi müstəsna xidmətləri barədə ətraflı bəhs olunub. Bildirilib ki, ulu öndər xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı və ölkəmiz özünün sürətli inkişaf yoluna qədəm qoydu.
Tədbir tanınmış incəsənət xadimlərinin, rayon mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirilib.