Şriftin ölçüsü :

Saytın rəngi :

Pirəkəşküldə yerləşən N saylı hərbi hissədə 28 May-Respublika Günü qeyd edilib

28 may 2016 | 16:00

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Pirəkəşkül kəndində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 28 May-Respublika Günü ilə əlaqədar bayram şənliyi keçirilib. Bayram tədbirində İcra Hakimiyyəti başçısının müavinləri, Mədəniyyət və Turizm şöbəsi, hərbi hissənin şəxsi heyəti və valideynlər iştirak edib. Əsgər və zabit heyətinə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təbrik və salamlarını çatdıran başçının müavini İlham Quliyev Azərbaycanın hərb tarixindən, ordu quruculuğundan söz açıb. Hazırda Azərbaycan ordusunun işğal altında olan torpaqları azad etməyə qadir olduğunu qeyd edən İ.Quliyev Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə hər kəsin silaha sarılmağa hazır olduğunu qeyd edib.

Bundan sonra Abşeron rayon İcra Hakimiyyəti tərəfindən gətirilmiş bayram sovqatı hərbi hissənin bütün zabit və əsgərlərinə paylanılıb.

Sonda rayon Mədəniyyət Evinin hazırladığı konsert proqramı təqdim edilib.

Keçidlər