Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibəti ilə Abşeron rayonunun bütün kənd və qəsəbələrində genişmiqyaslı ağacəkmə kompaniyası keçirilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə, idarə və təşkilat rəhbərləri, təhsil işçiləri, məktəblilər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər. Ruhuna hörmət və ehtiramlarını bildirdilər. Daha sonra Heydər Əliyev Mərkəzini ziyarət olunub, burada sərgilənən və ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlarla tanış olublar.
Qeyd edək ki, mərkəzdə dünyanın nüfuzlu siyasətçilərindən olan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyimizin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhrandan inkişaf yoluna çıxarılması, güclü ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib.
Bundan sonra həyata keçirilən ağacəkmə kompaniyasına qoşulan rayon rəhbərliyi bir-neçə kənd və qəsəbədə olub, sakinlərlə birlikdə ağac və güllər əkib.
Məlumat üçün bildirək ki, kompaniya çərçivəsində Abşeronun müxtəlif ərazilərində 5 minə yaxın həmişəyaşıl ağac, 8 minə qədər qızıl gül kolları, eləcə də 3 minə yaxın mövsümü güllər əkilib. Bu aksiyada sakinlərin fəail iştirakını təmin etmək məqsədi ilə rayonun müxtəlif ərazilərində 10 -a yaxın çadırlar quraşdırılıb.