Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon İcra Hakimiyyəti Başçısının Güzdək qəsəbəsində səyyar qəbulu keçirildi

22 aprel 2016 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Görüşdə əvvəlcə Azərbaycanın ərazi bötüvlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini, bunun artıq ənənə hal aldığını vurğulayaraq, təşkil edilən görüşlərin məqsədinin yerlərdə meydana çıxan problemlərin öyrənilməsi və onların həlli istiqamətində addımlar atmaq olduğunu bildirib.
Son 10 ildə Abşeron rayonunda, eləcə də Güzdək qəsəbəsində həyata keçirilən quruculuq-abadlıq işlərindən danışan başçı qəsəbədə məktəb, bağça və tibb məntəqəsinin inzibati binalarının yenidən tikilərək istifadəyə verildiyini bildirib. Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını bildirib.
Abşeron rayonunun digər qəsəbə və kəndlərində olduğu kimi Güzdəkdə də əhalinin sayının surətlə artdığını qeyd edən İ.Gülməmmədova bu səbəbdən də təbii olaraq müəyyən təlabatların yarandığını və onların da qarşılanması üçün lazimi tədbirlərin görüldüyünü qeyd edib.

Daha sonra qəsəbə sakinlərindən Nisə Soltanova, Elşad Abbasov, Natavan Aydəmirova, Aydın bədəlov, Həqiqət Daşdıyeva və digərləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən qaldırılan problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər.
Güzdəkdə aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edən sakinlər qəsəbədən keçən marşrut avtobuslarının sayının artırılmasını, yeni salınan məhəllələrə kommunikasiya xəttlərinin çəkilməsini, kənddaxili yolların abadlaşdırılmasını və məişət tullantılarının yol kənarından təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər