Abşeron rayonunda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib
Bu gün Abşeron Rayon İcra Hakimiyyətində 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş qəzanın 30-cu ildünümü münasibəti ilə 81 Çernobıl əlili və onların ailə üzvləri ilə görüş keçirilib. Ənənəvi olaraq keçirilən tədbirin məqsədi Çernobıl faciəsi qurbanlarının xatirəsini anmaq, mövcud problemlərini həll etmək və ailələrinə yardımlar göstərmək olub.
Tədbir Çernobıl qəzası qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, Azərbaycanda Çernobil əlillərinə və onların ailə üzvlərinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Çernobıl qəzasının nəticələrini aradan qaldırmaq üçün çalışan və bu zaman sağlamlığını itirən hər bir soydaşımızın həyatının bizim üçün dəyərli olduğunu vurğulayan başçı qeyd edib ki, onların gündəlik qayğılarının və problemlərinin həlli istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq addımlar atılır.
Sonra Respublika Çernobıl Əlilləri İttifaqı İctamai Birliyinin Abşeron filialının sədri Rövşən Qədəşov çıxış edərək onlara döstərilən diqqət və qayğıya görə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını ifadə edib. Çernobıl əlillərinin bir qisminin dövlət tərəfindən mənzil və avtomobillərlə təmin edildiyini vurğulayan R.Qədəşov bəzi faktları açıqlayıb. O qeyd edib ki, qəza baş verən zaman onun nəticələrini aradan qaldırmaq üçün səfərbər edilən heyət arasında ən çox müsəlmanlar olub. Onların da arasında böyük say tərkibini Azərbaycanlılar təşkil edib. O vaxt ki SSRİ rəhbərliyinin hadisənin real nəticələrini ictimaiyyətdən gizlətdiyini vurğulayan filial sədrinin sözlərinə görə, buna baxmayaraq ABŞ və Qərb dövlətləri Çernobıl qəzasını əsrin faciəsi adlandırıblar.
Sonda Çernobıl əlillərinə və onların ailə üzvlərinə maddi yardımlar göstərilib.