Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib

08 aprel 2016 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Pirəkəşkül kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, eləcə də xidmət təşkilatlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib.

Görüşdən əvvəl Pirəkəşkül kənd orta məktəbin ərazisində şəhid Elçin Süleymanovun xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidəsi önünə tər çiçəklər düzülüb, Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, səyyar qəbulların bundan sonra da davam edəcəyini vurğulayıb. Bu görüşlərin məqsədinin ortaya çıxan problemlərlə yerlərdə tanış olmaq, araşdırmaq və onların həlli istiqamətində addımlar atmaq olduğunu bildirən başçı daha sonar Abşeronda son 10 ildə həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda 50 yaxın bağça və məktəbin tikilərək istifadəyə verildiyini, kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini ilə bağlı mühüm addımların atıldığını bildirib.

Abşeronun bütün kənd və qəsəbələrində olduğu kimi, Pirəkəşkül kəndində də əhali sayının artdığını, ona görə də müəyyən təlabatların yarandığını, onların da qarşılanması üçün lazimi tədbirlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova kənd ərazisində yeni məktəbin fəaliyyət göstərdiyini, uşaq bağşasının isə inşasının davam etdiyini bildirib. Aparılan inşa işlərinin sürətləndirilməsinin vacibliyini qeyd edən xanım  İradə Gülməmmədova kənddə yeni salınan yaşayış məntəqələrinin bəzilərində içməli su probleminin olduğunu, lakin problemin həlli üçün tədbirlərin həyata keçirildiyini söyləyib.

Daha sonra kənd sakinlərindən Eldar Salehli, Cəmilə Süleymanova, Cəfər Nəsibov, Əlövsət Səfərəliyev və digərləri digərləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin əhəmiyyətini vurğulayıb, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna köməklik etdiyini bildiriblər.
Abşeron rayonunda, eləcə də Pirəkəşkül kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edən sakinlər içməli su xəttlərinin dəyişdirilməsinə, evlərə su sayğacının quraşdırılmasına, kənd ərazisinə suvarma suyunun çəkilməsinə, mənzillərə verilən elektrik enerjisinin gücünün artırılmasına, yeni salınan məhəllələrdə daxili yolların abadlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Keçidlər