Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında cənub bölgəsinə səfərə çıxdılar

24 mart 2016 | 16:00

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında Abşeron rayonunda keçirilən tur-aksiyaların növbəti mərhələsinə start verilib. Tur-aksiya ilə bağlı Xırdalan şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda yolasalma məsarimi keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, təhsil şöbəsinin və mədəniyyət mərkəzinin əməkdaşları, müəllim və valideynlər, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Novruz bayramı ərəfəsində təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçıları olan məktəblilər əvvəlcə kosa və keçəlin, bahar qızının iştirakı ilə yallı gediblər.

Daha sonra istirakçılar ümumilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abinənin önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildirdilər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov şagirdlərə turun məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. F.Cəbrayılov məktəblilərə səfərlə bağlı tövsiyələrini verərək vurğulayıb ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirtməklə yanaşı həm də ölkəmizin rayonları, Azərbaycanın qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış olacaq, cənub bölgəsinin görməli yerlərini gəzəcəklər.

Bundan sonra şagirdlər yola düşüblər.

Qeyd edək ki, layihəyə əsasən martın 24-dən 27-nə qədər Abşeron məktəblərini təmsil edən 40 şagird ölkəmizin cənub bölgəsində baş çəkəcək, Səlyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara və Lerikdə tarixi abidələrlə, yerli insanların yaşayış tərzləri və mədəniyyətləri ilə tanış olacaqlar.

Keçidlər