Şriftin ölçüsü :

Saytın rəngi :

Perəkəşküldəki N saylı hərbi hissədə əsgərlər üçün Novruz şənliyi təşkil edilib

20 mart 2016 | 16:00

Bu gün Abşeron rayonu Perəkəşkül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əsgərlər üçün Novruz şənliyi təşkil edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, valideyinlər və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Şənlikdə Rayon İcra Hakimiyyəti tərəfindən gətirilən bayram sovqatı əsgərlərə təqdim edilib.

Hərbi hissə komandiri polkovnik-leytenant Əhməd Abdullayev Abşeron Rayon İcra Hakimiyyəti rəhbərliyinin bayram gününü əsgərlərlə birlikdə keçirməsini yüksək qiymətləndirərək ölkədə orduya böyük diqqət və qayğının göstərildiyini, əsgərlərimizin işğal altında olan torpaqları azad etməyə hər zaman hazır olduqlarını bildirib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova hərbi hissənin əsgər və zabit heyətini bayram münasibəti ilə təbrik edərək, növbəti bayramların işğal altında olan torpaqlarımızda keçiriləcəyinə əminliyini ifadə edib.

Sonra əsgər yeməkxanasına baş çəkilib və xanım  İradə Gülməmmədova əsgər yeməyindən dadıb.

Tədbir incəsənət nümayəndələrinin konserti proqramı ilə davam etdirilib.

 

 

Keçidlər