Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon İcra Hakimiyyətində Apellyasiya Şurası yaradılmışdır

08 fevral 2016 | 16:00

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”  Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlər görülmüşdür. “Yerli İcra Hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin 7 nəfərdən ibarət Apellyasiya Şurası və Apellyasiya Şurasının Katibliyinin 3 nəfərdən ibarət tərkibi təsdiq olunmuşdur. Artıq rayon ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı təkrar şikayətlərinə Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasında baxılması prosesinə başlanılmışdır.

 

 

 

ABŞERON RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

 

 S  Ə  R  Ə  N  C  A  M  I

№ 17                                                                                                                                                                         08.02.2016-cı il


Abşeron rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının sədrinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4.1-ci, 4.2.3-cü, 4.4-cü və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci, 6.9-cu bəndlərinə əsaslanaraq 

                

   Q  Ə  R  A  R  A       A  L  I  R  A  M:


1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Quluyev İlham Vəliqulu oğlu Abşeron rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının sədri təyin edilsin.
2. Apellyasiya Şurasının sədri Quluyev İlham Vəliqulu oğluna tapşırılsın ki, 2 gün ərzində Apellyasiya Şurasının digər üzvlərinin, habelə Apellyasiya Şurasının Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti Başçısına təqdimat  (təklif) versin.
3. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.


          İRADƏ GÜLMƏMMƏDOVA

 

 

 

 

 

 

 

ABŞERON RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISIN

       S  Ə  R  Ə  N  C  A  M  I

 

№18                                                                                                                                                                                                              08.02.2016-cı il

 

 

Abşeron rayon İcra Hakimiyyətinin

Apellyasiya Şurasının Katibliyinin tərkibinin təsdiq edilməsi

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4.1-ci, 4.2.3-cü, 4.4-cü və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci, 6.9-cu bəndlərini rəhbər tutaraq, Abşeron rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının sədrinin 2016-cı il 5 fevral tarixli təqdimatını (təklifini) nəzərə alaraq

 

 

Q  Ə  R  A  R  A       A  L  I  R  A  M:

 

1. Abşeron rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının üzvləri aşağıdakı tərkibdə təsdiq edilsin

 

Apellyasiya Şurasının üzvləri:

Rəşad Qubatov  -  RİH   başçısı     aparatının    Hüquq  şöbəsinin müdiri

 

Azər Məmmədov  -  RİH başçısı aparatının Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş  şöbəsinin müdiri

 

Akif Əliyev   -  RİH başçısı aparatının Memarlıq və  tikinti şöbəsinin müdiri

 

Sərviz Süleymanov  -  RİH  başçısı  aparatının  Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini

 

Tofiq Abdullayev   -  Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

 

Fikrət Orucov   -  RİH başçısının Xırdalan şəhər inzibati  ərazi dairəsi üzrə nümayəndəsi

 

2. Abşeron rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının Katibliyi yaradılsın və Katibliyin rəhbəri və tərkibi aşağıdakı tərkibdə təsdiq edilsin

 

Katibliyin  rəhbəri

Anar Bayramov   -  RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin  müdiri vəzifəsini müvəqqəti icra edən - Katibliyin rəhbəri
 

Katibliyin üzvləri:

 

Emin Abbasov   -  RİH başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi

Eldəniz Hümbətov  -  RİH  başçısı  aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

 

3. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 


           İRADƏ GÜLMƏMMƏDOVA

 

 

 

 

 

Keçidlər