Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası kecirildi

06 fevral 2016 | 16:00

Artıq mütəmadi hal alan və hər həftənin sonlarında – şənbə və bazar günləri təşkil edilən kənd təsərrüfatı yarmarkası bu gün də keçirilib. Abşeron rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində düzənlənən yarmarkada satışa çıxarılan məhsulların qiyməti mövcud bazar qiymətlərindən 30-35 faiz aşağı olub. Qeyd edək ki, Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədi daşıyan yarmarkada alıcı və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyətli olması nəzarətdə saxlanılıb.

Rayon İcra Hakimiyyətinin başçısı  xanım İradə Gülməmmədova yarmarkaya baş çəkərək həm məhsulların qiymətləri ilə, həm də alış-veriş şəraiti ilə şəxsən maraqlanıb. İcra hakimiyyətinin başçısı sakinlərlə söhbətləşərək, onların istək və arzuları ilə maraqlanıb. İ.Gülməmmədovanın tapşırığına əsasən yarmarkada süni qiymət artımının və eləcə də bəzi işbazlar tərəfindən baş verəbiləcək sui-istifadə hallarının qarşısının almaq məqsədi ilə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ciddi nəzarət həyata keçirilib. Bununla belə, yarmarkanın girəcəyində, hər kəsin rahat görə biləcəyi yerdə “Nəzarət tərəzisi” quraşdırılıb.
Yaradılan şərait və satış qiymətlərilə bağlı razılıq bildirən sakinlər yarmarkalar təşkil edilməsinin əhəmiyyətini qeyd ediblər. Satışa çıxarılan məhsulların bol olmasını və çeşid çoxluğunu qeyd edən alıcılar yarmarkalarda həftəlik ərzaq azuqələrini rahatlıqla ala bildiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, səhər saat 8-dən işə başlayan yarmarkaya 260-a yaxın sahibkar, 150 nəfər fərdi məhsul istehsalçısı cəlb edilib. Respublikanın ayrı-ayrı rayonlarından gələn fermerlər satışa 250 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıblar. Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə tərəvəz, toyuq, süd məhsulları, ət, həmçinin müxtəlif çeşiddə çərəzlər satışa çıxarılıb. Son yarmarkada 4 ton kartof, 5 ton meyvə, 3 tona yaxın ət və digər zəruri mallar satılıb.

Yarmarkaya çıxarılan bütün məhsullar üçün alıçılara sərfəli qiyymət həddi müəyyən edilib. Beləliklə, 1 kiloqram kartof 60 qəpik, soğan 60 qəpik, kələm 20-25 qəpik, yumurta 12 qəpik qiymətində müəyyənləşdirilərək alıcılara təqdim edilir. Növündən asılı olaraq örtülü istixanalarda yetişdirilən pomidorun 1 kiloqramı 1,50 -2 manat , xiyarın 1 kiloqramı 1 -1,50 manat , mal əti 5-5,5 manat, qoyun əti 5-6 manat dəyərində satılır.

Yarmarkanın ərazisində nəzarət- toksikologiya laboratoriyası və baytarlıq nəzarət xidmətinin əməkdaşları tərəfindən müayinələr aparılıb.

 

Keçidlər