Abşeron rayonunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Abşeron rayonunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Xırdalan səhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Anım mərasimində Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı haqqında məlumat verilib. Bildirilib ki, 20 Yanvar hadisələrində yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb.
Sonda rayon mədəniyyət şöbəsinin özfəaliyyət kollektivinin səhnələşdirdiyi bədii kompozisiya təqdim olunub.