Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın Azərbaycandakı səfiri Abşeron rayonunda səfərdə oldu

16 dekabr 2015 | 16:00

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Templ Abşeronda oldu. Səmimi və mehribanlıqla qarşılanan səfirlə Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə xanım Gülməmmədova arasında görüş keçirildi. Almaniyanın Azərbaycandakı səfiri Haydrun Templ Abşeron rayonunda oldu. Rayon İcra Hakimiyyətinin Başçısı İradə xanım Gülməmmədova səfiri salamladı və xanım Haydrun Templa Abşeronda gördüyündən məmnunluğunu ifadə etdi. Əvvəlcə qonaqlar İcra Hakimiyyətinin inzibatı binasında Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlərlə yaxından tanış oldular. Dəyirmi masa ətrafinda keçən görüşdə ikitərəfli əməkdaşlıq əlaqələri barədə ətraflı söhbət açıldı. Rayon İcra Hakimiyyətinin Başçısı hörmətli İradə Gülməmmədova qonağa Abşeronun tarixi, mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı barədə geniş məlumat verdi
Bildirilib ki, Abşeronda qədim xalçaçılıq ənənələri indi də davam etdirilir. Abşeron, həm də sənətkarlar diyarıdır.

Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, musiqi festivalları keçirilir. Səfrin diqqətinə çatdırıldı ki, Abşeron rayonun kənd təsərrüfatı rayonudur. Burada sosial-iqtisadi inkişafı proqramları uğurla icra olunur.Ümumiyyətlə son 10 il ərzində Abşeron rayonu özünün intibah dövrünü yaşayır. İcra Hakimiyyətinin başçısı vurğuladı ki, bu illər ərzində Xırdalanın şəhər statusunun alması, Ümumilli liderin adını daşıyan parkda Füsünkar görnüşü ilə hər kəsi heyran qoyan Heydər Əliyev Mərkəzinin inşası, möhtəsəm Şahmat və Musiqi məktəblərin tikilərək istifadəyə verilməsi və bu kimi sosial layihələrin rayon ərazisində həyata keçirilməsini görülən işlərin tərkib hissəsidir. Xanım İradə Gülməmmədova həmcinin onuda qonağın diqqətinə çatdırdı ki, əsrarəngiz təbiəti olan Abşeron, eyni zamanda, Azərbaycanın turizm mərkəzlərindən biridir. Səfir Haydrun Templ isə öz növbəsində Azərbaycan ilə Almaniyya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Almaniyyalı diplomat Abşeron ilə gələcəkdə ticarət, turizm və mədəni sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğuladı və görüşdən məmnun qaldığıdı bildirdi. Görüşün sonunda xatirə şəkli çəkdirildi . Qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.

Keçidlər