Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

12 dekabr 2015 | 16:00

       12 dekabr 2015-ci il tarixdə  Xırdalan şəhər H.Əliyev adına mədəniyyət və istirahət parkında  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri, ictimaiyyətin və ziyalıların qatıldığı tədbiri Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyəti başçısı xanım İradə Gülməmmədova  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on iki il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.
İ.Gülməmmədova  hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin əslində məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.
    Natiq, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin Heydər Əliyevin adı ilə, eyni zamanda 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu və “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq, bu gün qədirbilən xalqımızın demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etdiyini, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratdığını, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olduğunu xüsusilə vurğulayıb.

Sonda Ümummilli Lider Heydər Əliyevin aını daşıyan mərkəzdə Ulu öndərin  zəngin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş foto stendlərə baxış keçirildi.

Keçidlər