Abşeronda növbəti səyyar qəbul-görüş Aşağı Güzdək qəsəbəsində keçirilmişdir
Problemlərin yerində həlli gələcəyə inamı artırır
Aşağı Güzdək əhalisinin sayına görə rayonun kiçik yaşayış məntəqələrindəndir. Lakin rayonda hərkəs yaxşı bilir ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova kənd və qəsəbələrin böyük və kiçikliyindən, eləcədə rayon mərkəzinə yaxın və uzaqlığından asılı olmayaraq hər bir inzibati ərazinin əhalisinin sosial problemlərinin həlli üçün heç bir ayrıseçkiliyə yol vermədən konkret və səmərəli tədbirlərin planlaşdırılaraq icra olunmasına çalışır
Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi öz müsbət təsirini göstərir. Hər yeni təşəbbüs, istifadəyə verilən yeni sosial obyektlər, əhalinin güzəranının yaxşılaşmasına, rahatlığın təmininə yönəlik işlər sakinlərin razılığına səbəb olur. Belə görüşlərdən biri də noyabrın 13-də rayonun Aşağı Güzdək qəsəbəsində keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və üç yüzə yaxın qəsəbə sakini iştirak etmişdir.
Aşağı Güzdək qəsəbə sakinlərindən Lalə İbrahimova, Ülkər Qasımova, Bircəgül Əliyeva, Nuranə Əvəzxanqızı, Xanımmirzə Həşimova, Heyran Məmmədova və digər danışanlar öz fikir və mülahizələrini bölüşərək onları narahat edən, məsələlərlə bağlı təkliflərini vermişlər. Təkliflər sırasında Aşağı Güzdək qəsəbəsində yeni salınmış yaşayış massivində daxili yolların əsaslı təmiri, yeni tikilmiş evlərə telikomnikasiyya xətinin çəkilməsi ,qəsəbəyə işığın və suyun fasiləsiz olaraq verilməsi və digər məsələlər də yer almışdır.
Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova çıxışında Aşağı Güzdək qəsəbə sakinləri ilə əvvəllər də bir neçə dəfə görüşdüyünü, həmin görüşlərdə qaldırılan məsələlərin – qəsəbədə yeni bağça binasının tikintisi, məhəllə arası yolların asfaltlaşdırılması, əhalinin su, elektrik enerjisi və təbiiz qazla fasiləsiz təmin olunması sahəsində mühüm işlər görüldüyünü və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Səyyar qəbul-görüşü yekunlaşdıran xanım İradə Gülməmmədova bildirmişdir ki, səyyar qəbulun keçirilməsində məqsəd qəsəbə ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həllini tapmış, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Qeyd edək ki,qəsəbə sakinləri və gənclər vətənə, torpağa sədaqətləri, şücaətləri ilə də ad çıxarıblar.Qarabağ döyüşlərində Aşağı Güzdək 8 şəhid verib. Burada 70-ə qədər Qarabağ müharibəsi veteranı var. Onların hər bir qayğı və problemlərinin həlli rayon İcra Hakimiyyəti rəhbərliyinin daimi diqqətindədir.
9 minə yaxın əhalinin yaşadığı qəsəbədə 1 tibb məntəqəsi, 1 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, poçt,elmi-tədqiqat inustutu və sairə obyektlər fəaliyyət göstərir.