Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda "Bayraq günü" qeyd olundu

07 noyabr 2015 | 16:00

    Bu gün Abşeron rayonunda "Bayraq günü"  münasibəti ilə bayramı keçirildi. Rayonun minlərlə sakini Xırdalan şəhərinə axışmışdı. Havanın yağışlı olmasına baxmayaraq sakinlər böyük coşqu və sevinclə ələrində bayraq və əyinlərində bayraq rəngli geyimlərlə tədbirə qoşulurdular. Xırdalan şəhəri bayram münasibətilə bəzədilmişdir. Heydər Əliyev parkı, prospektlər, xiyabanlar, bağ-baxçalar bayraqlarla, şarlarla, al əlvan şüarlarla bəzədilmişdir.Tədbir İcra Hakimiyyətinin qarşısında rayon ictimayətinin toplaşması ilə başlandı.

    İlk olaraq Abşeron rayon İcra Aparatının məsul şəxsləri, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, Xırdalan şəhər tam orta məktəbin müəllim və şagird kolektivlərinin Azərbaycan Respublikasının dövlət bayraqlarının gətirilməsi ilə yürüş başlandı. Yürüş iştirakçıları Heydər Əliyev prospekti ilə 2 km yolu qət etdilər. On minlərlə insan axını dövlətimizin bayraqları ilə Xırdalan şəhərində yerləşən möhtəşəm Heydər parkına yaxınlaşdılar. Əks istiqamətlərdən Abşeron rayon orta məktəblərin müəllim, şagirdləri, ictmayət nümayəndələri, sakinlər və qonaqlar hərəkət edərək Heydər parkının qarşısında düzüldülər. Qüdrətli bayrağımız parka daxil oldu. 3 istiqamətdən böyük bayraqlar Ümummilli Liderimiz Heydər Əliyevin büstünü əhatəyə aldı. Bayraq rəngdə geyinmiş iştirakçılar bayraqdarların arxasınca meydana daxil oldular. Bu gözəl mənzərə şanlı bayrağımızın tamaşasına onminlərlə insanın alqış sədaları şəhəri lərzəyə gətirirdi.

    Abşeron rayon İcra Hakimiyyəti Başçısı xanım İradə  Gülməmmədova və Rayonun məsul şəxsləri Heydər Əliyevin büstünə tər qərənfillər qoyaraq ziyarət etdilər. Parkın gözəl bəzədilməsi hamını heyran qoyurdu. Bayraqdarların və əsgərlərin müşahədi ilə bayrağımız səhnəyə gətirildi. Şagirdlərin hazırladığı and içmə alqışlarla qarşılandı. Abşeron şagirdləri müxtəlif  “Bayraq günü” nə həsr olunmuş səhnələrlə çıxış etdilər. Mədəniyyət və Turiz İdarəsinin təşkil etdiyi Konsert praqramı başlandı. Müxtəlif tanınmış müğənilərin avazlı şux səslərinin ağuşunda iştirakçılar bayram əhval ruhiyəsində tədbiri izlədilər. Tədbir öz gözəliyi ilə hamını sevindirdi. Bir daha Azərbaycanın dövlət bayrağına Abşeronluların münasibətini, qayğısını, məhəbətini duyduq. Şagirdlərin milli geyimdə rəqsi, tədbir iştirakçılarını təcübləndirdi. Bu gün sakinlərin tədbir iştirakçılarının yaddaşlarına yazıldı. Hamı sona qədər tədbiri izləyərəq alqışladı. Sonda füsünkar və bənzərsiz tədbir “Bizim bayraq ucadır” seiri ilə başa çatdı.

Keçidlər