Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda 9 ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

21 oktyabr 2015 | 15:00

Abşeron rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yıgıncagı keçirilib. Tədbiri açıq elan edən Abşeron rayon icra hakimiyyətinin basçısı xanım İradə Gülməmədova bildirdi ki, ölkə rəhbəri cənab ilham Əliyev bölgədə və Avropada iqtisadi, hərbi, siyasi böhranın yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, belə bir şəraitdə iqtisadi artıma nail olunduğunu dəfələrlə bildirib. Daha sonra Abşeron rayon icra hakimiyyəti başçısının müavini İlham Quluyevin məruzəsi dinlənildi. 

Hesabat dövründə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində rayonda abadlıq quruculuq işləri davam etdirilmiş, rayon əhalisinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli məsələləri rayon icra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılib. Rayon ərazisində yolların əsaslı və cari təmiri məqsədilə rayonun yaşayış məntəqələrində şəhər, qəsəbə və kəndarası yollara 93626 kv.metr asfalt örtük verilib, 59890 kubmetr sahəyə çınqıl tökülərək yayılib. Eyni zamanda Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yolunun Abşeron rayonunun inzibati ərazisinə düşən hissəsində işlər tamamlanib. Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 20 ədəd yeni transformator quraşdırılıb, 10 ədəd yanmış transformator bərpa edilib. 269 ədəd dayaq və 42252 metr naqil dəyişdirilib, yaşayış məntəqələrində 66 min metr uzunluğunda “SİB” kabelləşməsi aparılaraq , sayğac quraşdırılması işi davam etdirilib. Hal-hazırda Xırdalan şəhərində 110 kilovoltluq yarımstansiyanın tikintisinə başlanılıb. Şəhərin baş küçə və yollarındakı elektrik kabelləri ləğv edilərək yeraltı kabellərlə əvəz edilir. Novxanı, Fatmayı və Məmmədli yaşayış məntəqələrinin hər birində əhalinin sabit elektrik enerjisi təminatını yaxşılaşdırmaq məqsədilə 35 kilovoltluq yarımstansiyalar tikilərək istismara verilib. Hesabat dövründə yaşıllıqların qorunub saxlanılması və artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib, ötən müddət ərzində rayonun yaşayış məntəqələrində 54 min ədəddən çox ağac və dekorativ kol, 110 min ədəd mövsümü gül əkilib. 2015-ci ilin ölkəmizdə kənd təsərrüfatı ili elan edilməsi ilə əlaqədar rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artib.

 

 

Keçidlər