Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Gül bayramı keçirilib

09 may 2015 | 15:00

Bu gün Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı keçirilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Parkında baş tutan tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri iştirak edib.

Gül sərgisində rayon məktəbliləri, uşaq yaradıcılıq mərkəzlərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış müxtəlif mövzulu əl işləri nümayiş olunub.

Nümayiş etdirilən hər bir gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında, mahnı və rəqslərdə Ulu Öndərə sonsuz məhəbbət, onun ruhuna ehtiram və səmimiyyət hissləri qabarıq nəzərə çarpırdı.

Bayram tədbirində təqdim olunan kompozisiyalar və kolleksiyalar gözlər önündə gül-çiçəklərdən ibarət əsrarəngiz bir aləm canlandırırdı. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan rəngarəng ikibanalar, kompozisiyaların görünüşü tədbir iştirakçılarında xoş ovqat yaradırdı.

Bayram çərçivəsində kitab sərgisi də keçirildi.

Sonra tədbir konsert proqramı ilə davam etdi.

Keçidlər