Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda faşizm üzərində qələbənin 70 illik yubileyi qeyd olunub

09 may 2015 | 15:00

     Abşeron rayonunda faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunan 9 May Qələbə bayramının iştirakçıları əvvəlcə Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin Novxanı kəndində abidəsi önünə əklil və gül dəstələri düzüb xatirəsini anıblar.Sonra tədbir Xırdalan şəhərinin mərkəzində müharibə qurbanlarının xatirəsinə ucaldılmış “Ana abidəsi” qarşısında davam etdirilib.”Əbədi iməşəl” önünə əklil və güllər düzülüb.Tədbirdə çıxış edənlər müharibə illərində Azərbaycanının ön cəhbəni yanacaq, silah, ərzaq, geyimlə təmin etdiyini, Sovet ordusunun, demək olar ki, bütün hərbi texnikası məhz Bakı nefti ilə işlədiyini, Azərbaycanlıların döyüşlərdə qəhrəmanlıq göstərib, qələbədə böyük paylarının olduğunu da bildirdilər.

     1941-1945 müharibə veteranları çıxış edərək ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə diqqət və qayğının bərpa olunduğunu minnətdarlıqla qeyd ediblər.Tədbirdə bir qrup veterana Respublika Prezidentinin sərəncamına müvafiq olaraq 70 illik yubiley medalları təqdim olunub. Sonra müharibənin ağrılı acılı günlərini xatırladan ədəbi bədii kompazisiya nümayiş olundu.Qələbə bayramında milli ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, şəhərinin ayrı-ayrı məktəblilərini təmsil edən “Şahin” komandaları hərbi orkestrin müşayəti ilə Xırdalan şəhərinin mərkəzi küçələri boyunca hərəkət ediblər. Parad Abşeronlularda böyük ruh yüksəkliyi yaradıb.

Keçidlər