Abşeronda Novruz bayramı qeyd olunub
Baharın gəlişinin çarçısı olan Novruz bayramı Abşeron rayonunda da böyük izdihamla qeyd olunub.Bayramda Misirin Qalubiyyə vilayətindən gələn nümayəndə heyəti də iştirak edib. Rayonun kənd və qəsəbələrində minlərlə sakini bir araya gətirən Novruzun qarşılanma mərasimi Xırdalan şəhərindəki ümummilli lider Heydərə Əliyevin adını daşıyan Parkda baş tutdu.
Novruzun gəlişinə ciddi hazırlaşan abşeronlular milli musiqi sədaları altında böyük sevinc və ümidlə qarşıladılar.Sonra meydanda alovlanan tonqal qədim oğuz yurdunun bir parçası olan Abşeronda novruz şənliyinin ən maraqlı məqamlarından biri oldu. Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun,hüquq-muhafizə orqanlarının,ictimaiyyət nümayəndələrinin qatıldığı bayram şənliyində xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, Keçəllə Kosanın məzəli əhvalatları, xoruz döyüşü, idmançıların rəngarəng çıxışları,kəndirbazların akrobatik hərəkətləri abşeronluların əhval ruhiyyəsinə bayram ovqatı qatıb.
Bayram şənliyində ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssələrinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi bədii xor kompazisiyasları,şerləri, folklar nümunələri,şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri sakinlər tərəfindən rəğbətlə qarşılanıb.Bayram şənliyində nümayiş olunan milli mətbəximizn nümunələri misirli qonaqlar tərəfindən də maraqla qarşılanıb.Qonaqlar milli mənəvi irsimizi özündə ehtiva edən Novruz Bayramının adətlərini Misirdə də təbliğ edəcəklərinə əminlik ifadə ediblər.Qalubiyyə vilayətinin nümayəndə heyətinə milli kəlağayımız və Qobu xalçaçılıq məktəbinin əl işi təqdim olunub. Bildirildi ki, xalqımız qədim türk məişətini, əxlaqını, inancını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Bu ənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur.Bolluğun,bərəkətin və xeyirxaqlığın təcəssümü olan Novruz şənliyi bayram konserti ilə davam edib.